TERRORÇULAR VƏ ONLARIN DAVAMÇILARI

Bu Əli Şeyxlu (Əli Kərə) şəxsən məni Sipahın zindanında – Culfada- istintaq (bazculuq) və pərvəndə düzəldib. Sonra Təbriz zindanına göndərən şəxsdir! İndi də görünür hərəkətlərini genişləndirib və yerinə oğlunu otuzdurub!! TERRORİST “sepah” bütün ölkədə olduğu kimi Ələmdar – Gərgər – Culfa və Araz bölgəsində ŞƏRƏFSİZCƏSİNƏ at oynatmaqdadırlar və eşidəndə ki, “ŞAHAB SƏHƏR AZƏR” şirkətinin başında duran  Əli Kərənin oğlu Möhsün Şeyxlu şirkətin rəsmi sənədlərində Xankəndinə “Stepanakert” və yerləşdiyi yerə də “ARMENİA” yazır HEÇ TƏƏCÜB ETMƏDİM!!… Əli Kərə kimilər və ondan törəyənlər terrorist Sepahın “sədaqətli” muzdurlarıdırlar!

Məsud Ələmdari Müzəffər

Onlar bir-birinin təkrarıdır

İrandan Qarabağa mal daşıyan yük maşınlarına icazə kağızları verən şəxs “Şəhab Səhər Azər” şirkətinin icraçı direktoru Möhsün Şeyxlu yüksək rütbəli Ettelaat məmurudur!

O, Şərqi Azərbaycan əyalətində bir neçə dövlət qurumunun və şirkətinin rəhbərliyində təmsil olunur. Möhsün Şeyxlu Şərqi Azərbaycan əyalətinin Culfa mahalının keçmiş ETTELAAT rəhbəri Hacı Əli Şeyxlunun oğludur.

Çox sayda sürücülərin başqa bölgələrdən olmasına baxmayaraq Möhsün Şeyxlu və ETTELAAT-ın “əməyi” nəticəsində onların arasında olan bir neçə Güney Azərbaycanlı məqsədli şəkildə daha çox qabardılıb.

Şəhab Səhər Azər isə İslam İnqilab Qvardiası – SEPAHın çoxsaylı şirkətlərindəndir.

Hakan Türkel 

Şərhlər bağlıdır.