URMU GÖLÜNDƏ ƏN PİS VƏZİYYƏT

Aparılan müşahidələr göstərir ki, Urmu gölündə vəziyyət getdikcə pisləşməkdədir. Son məlumatda göstərilir ki, burada vəziyyət acınacaqlı hal alıb.

Sentyabrın 18-də İranın Energtika Nazirliyi bu barədə ətraflı məlumat yayıb.

Məlumata görə göl son 3 ildə ən acınacaqlı durumunu yaşayır. Suyun səviyyəsi və gölün sahəsi azalıb.

Göldə suyun səviyyəsi 1270.66 metrdir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 66 sm azdır.

Gölün sahəsi isə ötən ilin eyni dövrü ilə müqayisədə 1546 kvadrat kilometr daha zalaraq 1992 kvadrat kilometrə çatıb.

Urmu gölündə hazırda mövcud olan su həcmi 2.76 milyard kubmetrdir. Bu ötən illə müqayisədə 2.2 milyard kubmetr azalma deməkdir.

İslami Şuranın Məclisinin Milli Təhlükəsizlik Komissiyasının başçısı Vəhid Cəlalzadənin bir neçə gün bundan öncə Urmu gölü ilə bağlı İran prezidenti İbrahim Rəisiyə ünvanladığı məktubda göstərilir.

Gölün quruması nəticəsində meydana gələn milyonlarla ton duzdan ibarət fırtına geniş səviyyədə əkin torpaqlarının məhv olmasına və milyonlarla yerli əhalinin məcburi köç etməsinə səbəb olacaq.

“Sizdən azərbaycanlıların ən vacib istəyi olan, seçki öncəsi gölün bərpası ilə bağlı verdiyiniz vədləri yerinə yetirməyinizi, Urmu Gölünün Bərpa Mərkəzinin fəaliyyətinə nəzarətin gücləndirilməsi, bərpa işləri üçün ayrılan vəsaitin necə və hara xərclənməsinin ciddi şəkildə izlənməsi barədə göstəriş verməyinizi istəyirik”, – deyə Vəhid Cəlalzadə bildirib.

Seismoloq

Şərhlər bağlıdır.