HÖKUMƏT TƏHSİL IŞÇILƏRINDƏN QORXUB YOLLARI BAĞLADI

Təbriz Turan TV xəbər verir ki, İran hökuməti təhsil işçilərinin ölkəni bürüyən geniş etiraz aksiyasından qorxuya düşüb.

Yanvarın 13-də İran Təhsil İşçiləri Koordinasiya Şurasının növbəti çağırışından sonra Təbrizdə etiraz aksiyası başlayıb. Şəhərdə yolların bağlanması hökumətin etiraz aksiyasından qorxduğunu göstərib. Bu barədə sosial media fəallarının yaydığı məlumatda göstərilir ki, təhlükəsizlik tədbirləri gücləndirilib.

Buna baxmayaraq Baş Təhsil İdarəsinin qarşısna xeyli etirazçı toplaşıb.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.