TƏBRİZDƏ “RƏŞİDİYYƏ” ABİDƏSİNƏ BAXAN YOXDUR

Cənubi Azərbaycanın media fəalları Təbrizdəki tarixi “Rəşidiyyə” abidəsinin vəziyyətinə diqqəti çəkiblər. Onlar aidi qurumları yaranan münasibətə görə qınayıblar. Fəallar qeyd ediblər ki, yaz bayramı tətilləri zamanı şəhərə qıraqdan qonaqların gəlməsinə baxmayaraq heç bir bələdçinin olmadığını, bələdçi broşurlarının istifadəsiz köşkün qarşısına atıldığını deyib.

Sosial media fəallaı məsulları tənqid ediblər ki: “Sankı bura bir xarabalıqdır, kimsə yoxdur və bələdçi kitabçalarını daş altına qoyub gediblər. Zəngin tarixi keçmişə malik olmağımıza baxmayaraq bu bizim qonaqları qarşılama, abidələrə yanaşma tərzimizdir. Bu formada turistləri qarşılayırlar”.

Bildiriblər ki, son iki həftə ərzində yaz bayramı tətili zamanı İsfahan, Fars, Yəzd, Kaşan və Mazandaran əyalətləri ən çox turist qəbul edən əyalətlər sırasında birinci yerləri bölüşüblər.

VİDEO: https://www.facebook.com/baoazerbaycan/videos/1146343656167322/

 Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.