“KEYHAN” QAZETİNİN TƏLƏBİ:

İDEAL MƏHŞURLARDAN TUTULMALIDIR

İranda və dünyada indiyədək nadir hallarda siyasi mövqe sərgiləyən yüzlərlə idmançı, rəssam, yazıçı, universitet professoru və s. simalar İranda “Əxlaq” polisinin qətlə yetirdiyi Məhsa Əmininin faciəvi ölümünə son on gündə ölkənin 110-dan çox şəhərinin əhalisinin ümummilli etiraz nümayişlərinə dəstək verib.

Bu dəstək kampaniyası o qədər əhatəli, misli görünməmiş və hətta yüksələn xətlə artaraq geniş vüsət alıb ki, İranın məhkəmə və təhlükəsizlik qurumlarını qəzəbləndirib.

İran Ədliyyə-Məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Mohseni Ejeyi dünən “bu nümayişləri dəstəkləməklə məşhurlaşanları” hədələyib, lakin “gəncləri küçəyə çıxmağa təhrik edənlər… əməllərinə görə cəzalandırılacaqlar”-deyə bildirib.

Birbaşa Xameneyiyə tabe olan radikal “Keyhan” qəzetinin məsul redaktoru Hüseyn Şəriətmədari də deyib: “İğtişaşlar zamanı ölkəyə dəymiş zərərin dəyəri məşhurların əmlakından tutulmalıdır!”.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.