Təbriz və Mərənddə azərbaycanlı zabitlərin həbs olunduğu barədə məlumat yayılıb.
Azerbaycan-ruznamesi.org xəbər verir ki, Təbrizdə yerləşən xüsusi təyinatlı qüvvələrin 121-ci briqadası və Mərəndin 321-ci briqadasının 19 azərbaycanlı zabit və hərbçisinin həbs edildiyi deyilir.
Həbslərin SEPAH-ın Kəşfiyyat Təşkilatı və İran Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının kəşfiyyat bölməsinin əməkdaşlığı ilə həyata keçirlidiyi qeyd olunub.
Məlumat barədə hələlik rəsmi açıqlama verilməyib və İran mediası xəbər yaymayıb.
Şərhlər bağlıdır.