QOŞA YEMƏK YEDİLƏR, UNİVERSİTETDƏN QOVULDULAR

Zabul Universitetində qəribə hadisə baş verib. Bu il fevralın 9-da 16 tələbə ali məktəbdən qovulub. Səbəbi çox qəribə və çaşdırıcıdır. Universitet yeməkxanasında 16 nəfər kişi qadınlarla birgə yemək yedikdən sonra qovulmaları barədə əmrlə tanış olublar.

Ölkənin öyrənci birliklərinin şuraları universitetdən çıxarılanların adlarını elan edib. Aktyorluq fakultəsindən Müjdə Səadəti, Sara Cahanpələng (fizika), Şəhab Kəmali (inşaat) və adları bilinməyən tələbələr təhsildən uzaqlaşdırılıblar. Bundan əlavə universitetin kənd təsərrüfatı fakultəsinin öyrəncisi Siyavuş Fətahi iki semestr təhsildən və yataqxanadan istifadə etmək hüququndan məhrum olunub.

İran universitetlərindən gələn digər xəbərlərdə daha üç professorun fəaliyyətinin dayandırılması bildirilir O cümlədən, Tehran İncəsənət Universitetinin iki professoru-Əmir  Mazir, Kroş Golnari və Kirmandakı Bahonar Universitetinin siyasi sosiologiya professoru Zəhra Xoşkcan etiraz aksiyası keçirən öyrənciləri dəstəklədiklərinə görə vəzifələrindən uzaqlaşdırılıblar.

İnsan haqları təşkilatlarının yaydıqları məlumatlara görə, ümumi etirazlar başlayandan sonra indiyə qədər İran universitetlərinin aksiyalarda 700-dən çox öyrəncisi həbs olunub, bəziləri öldürülüb.

Hökumət alimlərə də ağır cəzalar verməklə etirazların qarşısını almaq istəyir.

Şərhlər bağlıdır.