BUŞƏHR ATOM ELEKTRİK STANSİYASININ HAZIRKI DURUMU

Buşəhr Atom Elektrik Stansiyasının fəaliyyəti Bəhmən (21 yanvar-19 fevral) ayından etibarən təmir və yanacaq doldurmaq üçün dayandırılıb.

“RosAtom” və “Atom Express” şirkətləri və Xorvatiyadan bir şirkət təmir işləri üçün Buşehr şəhərinə səfər edib.

Keçən cümə günü (31 mart 2023-cü il tarixində) səhər saat 5:00 radələrində, reaktorda su səviyyəsinin göstərici sensorların altına qədər aşağı düşməsi, eləcə də insan səhvi və dizayndakı çatışmazlıqlar səbəbindən yanacaq çubuqlarında nüvə reaksiyası baş vermiş, reaktorun temperaturunun yüksəlməsi və ondakı suyun qaynaması nəticəsində reaktorun yerləşdiyi zal tamamilə aktiv buxarla dolmuşdur. Bir neçə nəfər yüksək doza nəticəsində zəhərlənmişdir. Hətta rusların sürətlə zalı tərk etdikləri və bu günə qədər çirklənmə səviyyəsinin nə dərəcədə olduğundan əmin olmadıqları üçün reaktor zalına girmədikləri deyilir.

Çirklənmə zaldan sızmayıb, lakin saatla maaş alan təmir işçiləri böyük ölçüdə radiasiyaya məruz qalıblar.

Rus işçilərdən biri deyib ki, “siz burada yeni bir Çernobıl yaradırsınız”. Həqiqətən də belədir. Ona görə də bu dəqiqəyə qədər hadisənin xəbərinin yayılmasına mane olublar.

Bunu da qeyd edim ki, əgər reaktorun temperaturu daha da yüksələrək nəzarətdən çıxsa idi, bu, yanacaq örtüyünün əriməsinə və nəticədə böyük miqdarda azotun buraxılmasına səbəb olacaqdı ki, bu da reaktorun daxilində nüvə partlayışı ilə nəticələnəcəkdi.

Gec-tez Buşəhrdə təhlükəli hadisə baş verəcək.

Təqdim etdi: Səməd Bayramzdə

Şərhlər bağlıdır.