PKK terror təşkilatının Suriyadakı “siyasi qanadı” PYD-nin lideri Saleh Müslüm Türkiyədə keçiriləcək seçkilərlə bağlı açıqlama verib.
PYD lideri də “Yeddilik” blokunun prezidentliyə namizədi, CHP sədri Kamal Kılıçdaroğlunu dəstəklədiyini deyib.
Saleh Müslüm açıqlamasında Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında apardığı əməliyyatlarla terror təşkilatını qorxutduğunu və təzyiq altında saxladığınını etiraf edib: “Son zamanlar Hələbin şimalında Azez, Afrində və sair yerlərdə intensiv hücumlar olur. Pilotsuz təyyarələr daim üstümüzdə uçurlar”.
Türkiyədə keçiriləcək seçkilərini özləri üçün “ümid” kimi gördüklərini söyləyən PYD lideri Prezident Rəcəb Tayyib Ərdoğanın uduzacağı təqdirdə “azad” olacaqlarını iddia edib:
“İstər fərd, istərsə də cəmiyyət baxımından azadlıqlar demokratiyanın tələbidir. Əlbəttə, bütün güclər iştirak etməlidir, ilk növbədə muxtar idarəetmə qatılmalıdır. Onun (Ərdoğan) gedişi Yaxın Şərqdə bir çox tarazlığı dəyişəcək”.
PYD-dən əvvəl PKK və onun Türkiyədəki “siyasi qanad”ı HDP Kılıçdaroğluna dəstəyini açıqlamışdı.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.