TƏCİLİ!
VACİB: İĞTİŞAŞLAR HAQQINDA TƏHLÜKƏSİZLİK RƏSMİLƏRININ GİZLİ İCLASININ HESABATI "HƏMMİHƏN" QƏZETİNİN SAYTINDA YERLƏŞDİRİLİB
“Həmmihən” qəzetinin saytı sentyabrın 26-da səhər saat 9:50-də İran İslam Respublikasının Baş Polis idarəsinin komandirləri, Kəşfiyyat Nazirliyi və İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) birgə iclasının hesabatını dərc edib. Bu qəzet bu hesabatın mənbəyini bu iclasda iştirak edən üzvlərdən biri kimi göstərib və adını məxfi saxlamaq şərti ilə bu qəzetə sızdırıb. Bu hesabat 40 dəqiqə sonra saytdan silinib.
Bu hesabatda deyilir:
“Mehr ayının 3-də (25 sentyabr 2022), qiymətləndirmələrə görə şiddət və miqyas baxımından görünməmiş iğtişaşlardan sonra Ali Rəhbərin adminstrasiyasının göstərişi ilə təhlükəsizlik qüvvələrinin yüksək səviyyəli komandirləri hadisənin davam etməsinin qarşısını almaq üçün təcili toplantı keçiriblər.
Bu iclas saat 23:20-da başlamış və Mehr ayının 4-ü (26 sentyabr 2022) səhər saat 2-yə qədər davam etmişdir.
Bu iclasda 18 müavinlə birlikdə cənab Xətib (İnformasiya Naziri), komandir Səlami (SEPAH komandiri), komandir Əştəri (Baş Polis idarəsi komandiri) iştirak etmişlər.
Bu görüş əvvəlcə Ayətullah Xameneinin evində keçirilməli idi. Lakin həkim Mərəndi (Ali rəhbərin həkim qrupunun rəhbəri) Ayətullah Xameneinin fiziki vəziyyətinin pis olması səbəbindən belə bir görüşün keçirilməsinə icazə verməyib.
Amma görüşün əvvəlində Ayətullah Xameneinin yazdığı məktub oxunub. Rəhbər bu məktubda vurğulayır ki, mövcud vəziyyət son 4 onillikdə görünməmiş bir həddə çatıb və bunu yalnız “Mürsəd əməliyyatı”nın şərtləri (“Mürsəd əməliyyatı” Xalq Mücahidləri Təşkilatı tərəfindən planlaşdırılan və İran tərəfindən 598 saylı qətnamənin qəbul edilməsindən və 1988-ci ildə İran-İraq müharibəsinin başa çatmasından sonra İran İslam Respublikası ilə Xalq Mücahidləri Təşkilatı arasında gedən döyüşdür) və Ayətullah Xomeyninin ölüm şəraiti ilə müqayisə etmək olar. Çünki iğtişaşlar artıq bir şəhərdə və ya bir əyalətdə getmir, ümummilli xarakteri alıb və son 10 gündə nəinki səngiyib, əksinə yüksəlişə doğru gedir. Ona görə də təhlükəsizlik orqanlarının bir-biri ilə tam koordinasiyalı şəkildə bütün qüvvələrini hadisə yerinə gətirmələri zəruridir.
Bundan sonra komandir Əştəri mövcud vəziyyətlə bağlı məruzə edib. O bildirib ki, bizim ən mühüm problemimiz narahatlıq nöqtələrinin çoxluğudur. Məsələn, Tehranda 14-dən çox əsas narahatlıq nöqtəsi vardır. Digər şəhərlərdə də oxşar vəziyyətdir. Baxmayaraq ki, xüsusi təyinatlı bölmə diqqətdən kənarda ola bilməz və olmamalıdır, amma bu sayda narahatlıq mərkəzləri ilə qarşılaşmaq imkanı yoxdur.
Komandir Əştəri bəyan edib ki, digər problem bütün ölkədə iğtişaşların yayılmasıdır və bu, bir əyalətdən digərinə xüsusi mühafizəçilərin göndərilməsi imkanını istisna edir və buna görə də yardımçı qüvvələr məsələsini istisna edir.
Komandir Səlami də bildirib ki, son bir neçə gündə biz Baş Polis idarəsi və Ali Baş Komandanlığın qərargahı ilə birgə işləməyə çalışmışıq, lakin Baş Polis idarəsinin problemləri də bizimlə bağlıdır və narahatçılıq nöqtələrinin miqyası və sayı təşəbbüsü iğtişaşçılara verib.
Baş Polis idarəsinin koordinatorunun müavini komandirr Şərfi digər problem kimi ölkədə molotov kokteyllərinin geniş yayılmasını və mütəşəkkil iğtişaşçı qrupların mövcudluğunu qeyd edib. O bildirib ki, keçmişdəki kortəbii iğtişaşlardan fərqli olaraq, bu dəfə biz iğtişaşın aydın planı ilə qarşılaşırıq və bütün iğtişaşlara mütəşəkkil dəstələr rəhbərlik edir. Onlar molotov kokteyllərini atmaqla təşəbbüsü Əlahiddə Mühafizənin motor və avtomobil bölməsinin əlindən götürüblər.
Baş Polis idarəsi İnformasiya Mühafizəsi Təşkilatının rəhbəri komandir Fəthizadə də digər ciddi problem sırasında qoşunların həddən artıq yorğunluğunu və mənəvi-psixoloji problemini qeyd edib. O, bildirib ki, qoşunlar 10 gündür küçədədir və daim iğtişaşçıların hücumu altındadır. Onların dincəlmək imkanları yoxdur və bu, onların yorğunluğunu daha da artırır. İslam Respublikası yıxılacağı təqdirdə “taleyinin iğtişaşçıların intiqamının əlində olduğunu” vurğulayan xarici medianın və kiber məkanın zəhərli təbliğatı səbəblər sırasına əlavə olunub və bu da istefa, qaçmaq, yuxarıların itaətsizliyi tələblərinin sayını artırıb. Bu görüşün sonunda komandir Səlami mümkün qədər çox ehtiyat qüvvələri çağırmaq qərarına gəlib. Bununla belə o, bu qüvvələrin bu vəziyyətdə xidmət etmək üçün nə yetərli, nə də həvəsli olduğunu deyib. Beləliklədə qüvvələrin geri çağırılma məsələsinin araşdırılmasına qərar verilib.
Bu görüşün məzmunu Ali Rəhbərə məktubla göndərilib”.
P.S. Bu hesabatı internet saytında dərc edən “Həmmihan” qəzetinin məsul direktoru cənab Kərbasçı indi məhkəmə orqanları tərəfindən dindirilib. O bildirib ki, bu xəbər ondan xəbərsiz yerləşdirilib və bunu biləndə dərhal saytdan silinməsi barədə göstəriş verib.
Mətni təqdim etdii: Səməd Bayramzadə
Şərhlər bağlıdır.