VİDADİ MUSTAFAYEV:

İRANDA TARİX ÇOX TEZ TƏKRAR OLUNUR

İranda 1925-ci ildə Qacar sülaləsini devirdilər, Pəhləvi sülasi hakimiyyətə gəldi. 1979-cu ildə Pəhləvi sülaləsini debirdilər, Rəhbərlik sülaləsi hakimiyyətə gəldi. İndi, deyəsən, RƏHBƏRLİK sülaləsinin devrilməsi vaxtıdır.

Burada maraqlı cəhət, iranlıların kimlərisə qəhramanlaşdırmağa vaxtı qalmamasıdır.  Pəhləvilər zamanı Qacar sülaləsinin devrilməsinədə fəallıq göstərmiş hərbi, mülki və dini şəxsləri qəhramanlaşdırmağa macal tapmamış, sülalə özü tarixə qovuşdu. Pəhləvi rejimini devirənlərin – mülki, dini, hərbi, silahlı və silahsız şəxslərin qəhrəmanlaşdırlması başlanmışdır.

İranda antimonarxist inqilab uzun müddət (1 ildən çox ) davam etdiyindən, demək olar ki, hər gün keçmiş rejimə qarşı dinc və əsasən silahlı mübarizə aparanların xatirəsi yad edilir, oların haqqında kitablar yazılır, filmlər çəkilir. Həmin anım xarakterli məhsullarda dırnaqarası inqilabçıların şah rejiminə qarşı gizli, silahlı, terrorist mübarizənin detalları, insanların, necə deyərlər kreativliyi, geniş əks olunur. İran gəncləri həmin mədəni, mənəvi məhsullarla tərbiyə olunduğundan, öz kumirlərinin ardınca gedərək, onları təqlid edərək, inqilabdan sonra onların istəklərinin ziddinə yaranmış Molla rejiminə qarşı, onlara təlqin edilmiş üsul və vasitələrlə mübarizə apararaq QƏHRƏMAN olmaq istəyirlər. İranda qəhrəman çox nisbi anlayışdır. Şahlığa görə cinayətkar, mollalara görə qəhrəman olduğu kimi, Molla rejiminin cinayətkar hesab etdiyi insanlar sabahın qəhramanlarıdır.

Bu günlərdə İran hakimiyyəti qeyzə gəlib ki, deyəsən, etirazçı və iğtişaşçılar rejimə qarşı silahlı və terrorist mübarizə mərhələsinə qədəm qoyublar. Amma şah rejiminə qarşı 1979-cu ilin əvvəllərində Urmiyada silahlı mübarizəyə başlanması Cənubi Azərbaycanda ilklərdən biri kimi, xüsusi olaraq və dönüş nöqtəsi kimi qeyd edilrdi.

Bu gün İran 13 aban/4 noyabr ABŞ səfirliyinin ələ keçirilməsi gününü ümummilli tədbir kimi təntənə ilə qeyd edir.

Bunun özü xarici ölkələr üçün bir nümunə ola bilər.

İranlıların tarixində təkralanan bir mühüm cəhət də muğamat dəstgahı kimi inqilabı başa çatdırmaqda tələsməmləridir.

1905-ci ildə başlanan inqilab 1911-ci ildə yarımçıq qaldı. 1963-cü ildə başlanan “Ağ inqilab” (xüsusilə torpaq islahatı) və ya şah və xalqın inqilabı yarımçıq qaldı. 1978-ci ildə başlanan monarxist və sonradan islama çevrilmiş inqialab, deyəsən, 2022-ci ildə yarımçıq qalacaq…

Şərhlər bağlıdır.