TARİXİMİZDƏN YADİGARLAR

QIPCAQ KİLSƏSİ - ARIXLI KİLSƏSİ

Səlib yürüşü (1096 – 1099) Səlcuq dövlətini bütün gücünü düşmənə – xaçlılarla mübarızəyə yönəltməyə məcbur etdi. Uzunsürən ara müharibələri və ismaililərin qiyamları dövləti zəiflətdi. Buna görə də xaçlıların yürüşlərinin qarşısını almaq mümkün olmadı. Bir müddət Zaqafqaziya Səlcuq dövlətinin diqqətindən kənarda qaldı. Yaranmış fasilə gürcü çarı IV Davidə səlcuq türklərinin hücumlarının qarşısını almağa imkan verən nizami ordu yaratmağa imkan verdi. O, 1099-cu ildə ağaları olan səlcuqlara xərac verməkdən imtina etdi və onların nəzarətində olan əraziləri işğal etmək niyyətinə düşdü. IV David Aqmaşenebeli VIII əsrdən Tiflis və ətraf əraziləri idarə etmiş müsəlman əmirliyinin ərazisini öz torpaqlarına qatmaq üçün bir-birinin ardınca strateji tədbirlər gördü. 1110-cu ildə gürcü ordusu Samşvildeni tutdu. Bundan sonra səlcuqlar müqavimət göstərmədən indi Aşağı Kartli deyilən ərazinin böyük bir hissəsini tərk etdilər. 1115-ci ildə səlcuq türkləri Rustavidən də çıxarıldı və Tıflis gürcü qalalarının mühasirəsində qaldı. 1117-ci ildə IV David sərhəd şəhəri Qişini də tutdu. Bir il sonra isə Lori də onun tabeliyinə keçdi. Hadisələrin bu fonunda o, Şirvanşah və Bizans imperatoru ilə qohumluq əlaqələri qurdu. 1116-ci ildə qızı Tamaranı (söhbət çariça Tamaradan getmir) Şirvanşah I Əfridunun oğlu II Mənuçöhrə ərə verdi. Xristian IV David Aqmaşenebeli qızını müsəlmana ərə verməkdə, əlbəttə, siyasi məqsəd güdürdü. O, digər qızını isə Bizans imperatorunun oğluna ərə verməklə mövqeyini xeyli möhkəmləndirdi. Bundan başqa, o, etnik dayaq yaratmaq üçün köçkün gürcüləri tutduğu torpaqlarda yerləşdirdi. Səlcuqlarla qüvvələr bərabər olmadığından o, sonrakı vuruşlarda muzdlu döyüşçülərin gücündən istifadə etmək qərarına gəldi. IV David səlcuq türklərinin hücumundan ehtiyatlanaraq hərbi gücünü artırmaq məqsədilə 1118-ci ildə qıpçaqların xanı Ətrak ilə müqavilə bağladı. Mariam.D.Lordkipanidze yazır ki, 1118-ci ildə Gürcüstana Şimali Qafqazdan 40 min qıpçaq ailəsi köçürülüb. Tarixçi qeyd edir ki, hər bir ailə torpaq sahəsi aldı, həm yay, həm də qış otlaq sahələri ilə təmin edildi. Buna görə də qıpçaq ailələrinin hər biri hərbi xidmətə tam silahla təmin olunmuş bir süvari verməli idi. Bu 40 min qıpçaq əsgəri çardan asılı olub heç bir iri feodalla bağlılığı yox idi. Beləliklə, IV David qıpçaqlardan ibarət nizami ordu yaratmaqla gürcü feodal könüllülərindən müstəqilliyini tam təmin etmiş oldu. M.D.Lordkipanidze hesab edir ki, çarın məhz qıpçaqları seçməsi təsadüfi deyildi. Birincisi, həmin dövrdə qıpçaqlar qonşusu Kiyev Rusunun güclənməsindən narahat idilər. Onlar müttəfiq təklifinə biganə deyildilər. İkincisi, qıpçaqlar yüksək döyüş qabiliyyəti ilə seçilirdi ki, bu barədə çarın da məlumatı vardı. Üçüncüsü, qıpçaq ordusunun saxlanılması baha başa gəlmirdi. Çünki onlar torpaq və otlaq sahələri almışdılar. Dördüncüsü, qıpçaqların yerli feodallarla heç bir bağlılıqları yox idi. Beşincisi – bu çox vacib fakdır – IV David qıpçaq xanı Ətrakın (Atrakın) qızı ilə evləndi. Bu, danışıqları, qarşılıqlı münasibətləri xeyli asanlaşdırdı. Bu nikah hərbi və siyasi xarakter daşıyırdı. Qıpçaqların öz ailələriylə köçdüklərini nəzərə alsaq, onda belə çıxır ki, Gürcüstana ən azı 225-300 min nəfər qıpçaq gəlmişdi və bu o vaxta görə böyük say idi. Onlar nəsilbənəsil bölünərək, əsasən, Lori, Şəmşöldə, Bostanşəhər (Rustavi) və Sığnaq civarlarına sığındılar. Bundan başqa, 5000 seçmə döyüşçü çar qvardiyasına daxil oldu. Ətrak xan Gürcüstanın sərhədlərinin oğuz-səlcuq türklərindən müdafiyəsini öz üzərinə götürdü. Beləliklə, qıpçaqlar ölkənin cənub-şərqində və şərqində (Borçalı), o cümlədən Ahısqada və maldarlıq üçün yararlı dağarası vadilərdə yerləşdirildilər. Köçən qıpçaqlar arasında arıxlıların əcdadı Aruq (Arıq, Arık) tayfası da var idi. Don çayı sahillərindən gələn bu tayfanın nümayəndələri Xram çayının ətrafında, səlcuq türklərinin tərk etdiyi yaşayış məntəqələrində yerləşdilər və səlcuq türklərindən fərqli olaraq müsəlman deyildilər. Aruq tayfasının sonradan bir hissəsi daha cənuba köç etdi. Ətrak xanın ordusunda onlar igidlikləri ilə seçilirdi. Qıpçaqların köçü IV Davidə imkan verdi ki, onların hərbi gücündən öz məqsədi üçün istifadə etsin.

IV David 1121-ci ildə qıpçaqların köməyi ilə səlcuq ordusunun hücumunun qarşısını aldı. Avqustun 12-də Didqori yaxınlığında həlledici döyüş oldu. Didqori döyüşü IV Davidin, daha doğrusu qıpçaq ordusunun qələbəsi ilə nəticələndi.

*

Bildirim ki, IV Davidin dəvət etdiyi qıpçaqların dəqiq dini eyniliyi yox idi. Onların arasında ənənəvi türk dini (tengirlik) hakim olsa da, xristianlıq (pravoslav, monofizit, nestorian) da yayılmışdı. Qıpçaqlar Cənubi Qafqaza köçəndə burada müsəlman türklər, pravoslav gürcülər və monofizit albanlarla qarşılaşdılar. Beləliklə, türk-qıpçaqlar dini planda tədricən ayrılmağa başladılar. Onların bir hissəsi arasında “pravoslavlıq möhkəmləndi” və gürcülərə qarışdı. Bunda IV Davidin xüsusi rolu oldu. O, qıpçaqların gürcülər arasında əriməsi üçün onları müxtəlif bölgələrdə yerləşdirirdi. Çarın qıpçaqlardan ibarət 5 min nəfərlik mühafizə dəstəsinin xristianlığı (pravoslavlığı) qəbulu da bu ərimə prosesini süətləndirdi. Gürcüləşmiş qıpcaqlar barədə Murad Acı yazıb: “Onlar əsrlər boyunca gürcü mədəniyyətinin təsiri altına düşdülər, onlarla doğmalaşdılar”. Söhbət Mtshet ətrafındakı qıpçaqlardan gedir.

Arıxlıda (Qıpçaqların Aruq tayfası) həmin dövrlərdə yaşayanlar xristianlaşmış qıpcaqlar idi. Kamal ağanın oğlu Söhfəddinin evinin yaxınlığında yerləşən və dağıdılan qəbiridtanlıq da onlara məxsus idi. Şəxsən uşaq vaxtı o qəbiristanlığın dağıdıldığını. Daşından tikinti üçün istifadə edildiyini görmüşəm. Yaşlılar yəqin ki, xatırlayır.

Kilsə böyük babalarımıza məxsusdur və qorumalıyıq. Əks halda başqalara sahib çıxacaq. Necəki çıxırlar. Kilsə qıpcaq kilsəsidir…

O ki qaldı niyə alban kilsəsi deyil? Sualına, ona da cavab verəcəyəm.

p.s Kilsənin tünt rəngdə olan daşları sonrakı təmir zamanı yerləşdirilib. üzərindəki xaç da daş üzərində oyulub.

Bonton Arvaladze demiş.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.