MASK İRAN ÜZƏRİNDƏKI PEYKLƏRİNİ AKTİVLƏŞDİRDİ

SpeysX” şirkətinin İran üzərində 100-ə yaxın aktivStarlinkrabitə peyki var.

Bunu “SpeysX” şirkətinin rəhbəri İlon Mask deyib.

“Röyters” agentliyi bildirib ki, Maskın planlarına təkcə əlavə bazar yox, həm də siyasi motivlər daxildir.

“Bu ilin sentyabrında milyarder bildirmişdi ki, İrana internet azadlığını və sərbəst məlumat axınını təşviq etmək üçün “Starlink” lazımdır. Mask həmçinin bildirib ki, o, İranda “Starlink”in işini təmin etmək üçün ABŞ rəsmilərindən sanksiyalardan yayınmaqla bağlı icazə istəyib”, – agentlik bildirib.

Hələlik şirkətin İranda terminallarının olması və onların İrana necə gətirilməsi barədə məlumat yoxdur.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.