DAK-in tərəfindən 21- Azərin qeyd edilməsi

 

Salam, əziz dostlar, 21 Azər bayramının iştirakçıları!
Bu günün dünya azərbaycanlıları konqresi tərəfindən qeyd edilməsi bizim üçün
böyük şərəfdir. DAK-ın həmsədrləri, Xalq Şairi, deputat Sabir Rüstəmxanlının və
siyasətçi Firidun Pərvizniyanın məsləkdaşlarını bir araya gətirməklə sübut ediblər
ki, “21 Azər” harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları
üçün unudulmaz, doğma və əzizdir.
Azərbaycan Demokrat Firqəsinin son illər bu qəbildən olan tədbirlərə dəvəti
göstərir ki, sükut buzu bir növ əriyib, biz Azərbaycan naminə hər yerdə bir
olmalıyıq, fəaliyyət göstərməliyik. “21 Azər” də belə məram, məqsəd və
niyyətlərin başlanğıcı olmalıdır.
Burada bir deyim yadıma düşür: Nə yaxşı ki, milli bayramlarımızın sırasında 21
Azər də öz yerini tutub. Bunu illərlə istəmişik. Amma indi görürük ki,
azərbaycanlının, türkün türkdən başqa dostu, qardaşı yoxdur. Mən bunu təsadüfən
demədim. Əgər bu bayram sinfi ayrılığa söykənən, hər hansı dövlətin sifarişi ilə
həyata keçirilən çevrilişə, üsyana əsaslansaydı, indi bütün İran erməni təsiri
altında olardı.
Yəqin çoxunuz “Tehran-43” filminə baxmısınız. Sovet çekislərinin erməni
millətindən olan şəxslərin iştirakı ilə hansı oyunlardan çıxdıqlarını görmüsünüz.
Azərbaycan Demokrat Firqəsi böyük inqilab və dövlət xadimi Seyid Cəfər
Pişəvəri tərəfindən yaradılmasaydı, düzgün istiqamətə yönəlməsəydi daha ciddi
təhlükələrlə üzləşərdik. Cənubda 60 min soydaşımızın İran Xalq Partiyasından
çıxıb ADF-yə üzv olunması ilə bu faciənin qarşısı alındı. TUDƏ-nin demək olar
ki, yarıdan çoxunu erməni millətindən olan millətçilər təşkil edərdi.
Ermənilər bic millət olduğundan TUDƏ rəhbərliyində də öz adamlarını
yerləşdirmişdilər. Təsəvvür edin ki, bu təşkilatın Təbriz Komitəsinə milliyyətcə
erməni, əslində isə daşnak olan Artaşrst Avenisyan sədrlik edirdi. Yadımdadır ki,
Kabulda keçirilən Vəhdət Konfransında TUDƏ rəhbərliyinin qərarlarına
bilavasitə təsir etmək imkanları onların əlində idi. O hiss olunurdu ki, ahıl yaşında
da partiyaya təsir gücünü itirməyib. Onun köməyiylə xeyli sayda həmvətəni
Ermənistana qayıtdı və daşnak kimi fəaliyyətini göstərdi.
Qayıdaq Təbrizə. Seyid Cəfər Pişəvəri İran coğrafiyasına, millətlərin etnik, sinfi,
tərkibinə, gücünə çox yaxından bələd olduğundan bilirdi ki, İran çoxmillətli
dövlət olduğundan hər hansı xalq təkbaşına qələbə çala bilməz. Eyni zamanda onu
da bilirdi ki, İran çoxukladlı dövlət olduğundan hər hansı sinif təkbaşına qələbə
çala bilməz.
Baxın, 90-cı illərdə mən bunu Cənubi Azərbaycanda da gördüm. Bu torpağa ayaq
basanda gördüm ki, insanlar ətrafıma tolaşıb yeniliklərdən xəbər tutmaq istəyirlər.
Atam torpaq sahibkarı olmuşdu. İnqilab baş verəndə torpaqlarını könüllü
insanlara paylamışdı. Əvvəl TUDƏ-yə, sonra isə Demokrat Firqəsinə ilk üzv
olanlardan biri idi. Fədai başçısı olmuşdu. Ləyaqətli həyatını ömrünün sonuna
kimi davam etdirdi. Gəncədə çayçı işləyirdi. Əvvəllər onun bu peşədə işləməyini
qəbul edə bilmirdim. Sonra öyrəndim ki, çayçılıq çörək gətirən peşə olduğundan
müharibədən təzə çıxmış ölkədə bu çörəyi heç də hər adama vermillər. Şükürlər
olsun son nəfəsində inqilabçılar yurdu olan doğma kəndi Nünəkəranı 46 ildən
sonra görmək ona nəsib oldu. Onu da deyim ki, Nünəkəran adlı bu kənd İranın
strateji yaşayış yerlərindən biri sayılır. İranın bütün kəndlərində siyasi partiyaların
ilki burada yaranıb. Yəqin ki, Seyid Cəfər Pişəvəri ilə 10 il Qəsri-Qacarda yatmış
Məmi Nünəkəraninin adı çoxunuza məlumdur.
İndi demək olar ki, nəsillər dəyişib. Bir vaxtlar hündür boylu, cüssəli inqilabçılar
nəslinə baxıb həsəd aparırdıq. Onların çoxu haqq dünyasındadır. Bakıda cənublu
mühacirlər üçün salınmış qəbiristanlığda torpağa tapşırılanların bir çoxu ilk
növbədə inqilab xadimləridir. Bu yaxınlarda sonuncu mogekanımız olan Firudin
Kazımi ilə 92 yaşında xudafizləşdik. 14 yaşından Təbriz qatarında gündəlik qəzet
satırdı. Sonra Bakıda linotipçi işlədi. Unudulmaz itkilərimiz sırasında tanınmış
alimləri, yazıçıları, şairləri, elm və sənət xadimlərini, sosialist əməyi
qəhrəmanlarını, Vətən müharibəsi şəhidlərini… və başqalarının adlarını çəkmək
olar. Elə bir sahə yoxdur ki, orada adımız, xidmətlərimiz hörmətlə çəkilməsin.
Azərbaycan Yazıçılar Birliyinin Cənubi Azərbaycan şöbəsinə uzun illər rəhbərlik
etmiş Balaş Azəroğlunu, Hökumə Büllurini, Əli Tudəni, Mədinə Gülgünü,
alimləri və peşə sahiblərini bu gün də hörmətlə yad etmək borcumuzdur.
Cənublular Vətənin o tayında yazdıqları salnamənin bu tayda da layiqli
davamçılarıdırlar. Mən isə Əməkdar Jurnalist kimi “Aran” Uşaqların Sağlam
Gələcəyi İctimai Birliyinin sədri İbrahim Hüseynovla toplayıb tərtib etdiyim 10
cildlik “Qələbə şəhidləri” kitabının redaktoruyam. Artıq 5 cildi çapdan çıxıb. Biz
qəhrəmanlıq yolunun əbədi yolçularıyıq. Bu yolda Səttarxanımız, Şeyx
Məhəmməd Xiyabanimiz olub. Seyid Cəfər Pişəvəri deyirdi ki, bütün İrana
Azadlığı Cənubi Azərbaycan bəxş edəcəkdir. 1947-ci ilin sürgünlərində 300 min
azərbaycanlı İran Ərəbistanının ilan mələyən çöllərinə sürgün edildi. Sürgünlər
davam etdiyindən indi hesaba vursaq onların sayı bəlkə də bir milyondur. Bu bir
acı reallıqdır.
Çıxışımın sonunda bizi bu tədbirə dəvət etdiyinizə görə DAK-ın həmsədrləri Sabir
Rüstəmxanlı və Firidun Pərvizniyana bir daha minnətdarlığımızı bildirirəm.
Əminəm ki, təşkilatlarımız arasında əlaqələr bundan sonra da yeni tədbirlərlə
zənginləşəcək.
Rəhim Hüseynzadə,
Azərbaycan Demokrat Firqəsinin sədri,
Əməkdar Jurnalist

Şərhlər bağlıdır.