Yanğınsöndürənlər etiraza qalxanda üzlərini görmə

İranda yanğınsöndürənləri dinc peşə sahibləri adlandırırlar. Di gəl haqları
tapdalananda üzlərini görmə. Gərək odu odla söndürəsən.
Bu dəfə Zəncan şəhərinin yanğınsöndürənləri etiraz aksiyasına qalxıblar. Bu
barədə Azad İşçilər Birliyi məlumat yayıb.
Zəncan şəhərinin bələdiyyəsi binası qarşısına toplaşan narazılar əmək
haqlarının az olmasına, başqa qanuni tələblərinin yerinə yetirilməməsinə etiraz
ediblər.
Azərbaycanlı yanğınsöndürənlər Tehranla başqa əyalətlər arasında əmək
haqlarında olan kəskin fərqin bölgələrdəki işçilərə qarşı ayrı-seçkilik olduğunu
bildiriblər.
Zəncan bələdiyyəsinin yanğından mühafizə və təhlükəsizlik xidmətlərinin rəisi
Əmir Fəzli paytaxtla Zəncan yanğınsöndürənlərinin əmək haqlarının fərqli
olduğunu təsdiqləyib.
“Əmək haqlarının müəyyənləşdirilməsi məsələsində Tehranın öz qaydaları var
və biz bu məsələdə heç nə edə bilmərik”, – o qeyd edib.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.