Pezeşkian gec gəlib, tez öyrənib: Təkzib edirəm, yalandır!

Pezeşkian gec gəlib, tez öyrənib: Təkzib edirəm, yalandır!
Məsud Pezeşkianın ilk mətbuat konfransı bazar ertəsi, sentyabrın 16-da
keçirilib. Bu görüşdə o, Rusiya və Çinlə əməkdaşlıq və “dostluğun” davam
etdirilməsini vurğulayaraq, Rusiya və Husilərə raket göndərilməsini təkzib edib
və əxlaq polisinin davam etməsindən xəbərsiz olduğunu deyib.
Pezeşkianın ilk mətbuat konfransı təxminən iki saat yarım davam etdi və
görüşdən sonra oturduğu yerdən çıxarkən Yaşıl Hərəkatının iki lideri Mirhüseyn
Musəvi və Mehdi Kərrubinin mühasirəsinin götürülməsi ilə bağlı sualı
cavablandırdı.
Pezeşkian Musəvinin adını çəkmədən dedi: “Kərrubinin problemi həll olundu, o
birisinin də üzərində işləyirik. Amma rejimə qarşı gəlmək olmaz”.
14-cü hökumətin başçısı yoxsulların sayının artması və ölkənin iqtisadi
vəziyyəti ilə bağlı suala cavab olaraq belə deyib: “FATF problemini həll
etməkdən başqa çarəmiz yoxdur”.
Pezeşkian ixrac edilən öyrənci və professorların geri qayıtması ilə bağlı suala
cavab olaraq belə deyib: “Bu, komplocuları geri qaytarmaq üçün deyil.”
O, davam etdi: “Biz deməmişik ki, xaini və casusluq edəni universitetə qaytarın.
Bunlar məhkəməyə verilməli və mühakimə olunmalıdır”.
Andishe Pooya-nın müxbiri Məryəm Şəbani sualını verməzdən öncə əxlaq
polisinə rast gəlməmək üçün bütün qısa yolları, xiyabanları və arxa xiyabanları
keçdiyini söylədi və Pezeşkian belə cavab verdi: “Əxlaq polisi yenə narahat
edir? Onlar davam etməyəcəkdi, mən bunun peşində olacam”.
14-cü hökumətin başçısı məcburi hicaba dəstək verərək deyib: “Əgər inanclar
təhqir olunursa, buna qarşı tədbirlər düzgün deyil”.
Pezeşkian Çin mediası müxbirinin Pekin və Tehran arasındakı münasibətlərlə
bağlı sualına cavab olaraq deyib: “Bizim ən böyük münasibətimiz Çin və Rusiya
ilədir”.
İki ölkə arasında 25 illik müqavilənin həyata keçirildiyini vurğulayan 14-cü
hökumətin başçısı söz verib: “Çin ilə münasibətlərimiz strateji olaraq qalacaq”.
Bu müqavilə ötən illərdə İranda vətəndaşlar və siyasi fəallar tərəfindən etirazla
qarşılanmışdı.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.