TƏBRİZLİLƏRİN PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN AZƏRBAYCAN TÜRKCƏSİ İLƏ DANIŞMASINA YANAŞMASI

İran deyilən ölkədə prezidentliyə namizədlərdən islahatçı Hemməti və Mehrəlizadə seçki debatında Azərbaycan türkcəsində danışaraq, azərbaycanlıları onlara səs verməyə çağırıblar.

Keçirilən sorğuda, Təbriz əhalisi namizədlərin Azərbaycan Türkcəsində danışmaqla yalnız onların səslərini əldə etməyə çalışdıqlarını bildirərək, öz dillərindən siyasi məqsədlər üçün istifadə edilməsini olduqca mənfi qiymətləndiriblər.

İnsanlar habelə namizədlərə inanmadıqlarını və seçildikdən sonra xalqı tamamilə unudacaqlarından əmin olduqlarını vurğulayıblar.

Beləliklə, fikri soruşulanların bir çoxu İranda qarşıdan gələn prezident seçkilərində iştirak etməyəcəklərini və namizədlərdən heç birinə səs verməyəcəklərini qeyd ediblər.

VİDEO: https://www.facebook.com/baoazerbaycan/videos/3881192281978798/?extid=WA-UNK-UNK-UNK-AN_GK0T-GK1C

Şərhlər bağlıdır.