İkinci Qarabağ savaşından sonra rəsmi Tehranın Azərbaycana qarşı münasibətində radikal dəyişikliklər müşahidə edilməkdədir. Buna, müharibə zamanı ermənilərə göstərilən hərbi dəstəyin yeni mərhələsi kimi də yanaşmaq olar. Söhbət ondan gedir ki, İran əvvəllər olduğu kimi, hələ də ölkəmizi məhv etməyə, dəyərlərimizi ayaqlar altına atmağa çalışır. Buna isə bütün mümkün variantlarla nail olmaq istəyir. Hətt gənclərimizi narkotik tərkibli dərmanlarla zəhərləmklə.
Əlbəttə, İranın Azərbaycan qarşı düşmənçilik siyasətinin daha da alovlanmasının siyasi səbəbləri də kifayət qədərdir. Xüsusən də İkinci Qarabağ savaşından sonra Cənubi Qafqazda regional balansın dəyişməsi Tehranın ciddi şəkildə hərəkətə gətirib. İran rəsmiləri bu həqiqəti də dərk edirlər ki, artıq Xəzər hövzəsi və Cənubi Qafqaz Yaxın Şərqlə ayrılmaz şəkildə bağlıdır. Belə bir vəziyyətdə isə, İrandan fərqli olaraq Rusiya və Türkiyə son 10 ildə bölgədəki rolunu artırmaqdadır. Üstəlik, indi ölkələr Cənubi Qafqazı Aralıq dənizindən Xəzərə qədər uzanan daha böyük bir geosiyasi oyunun hissəsi hesab edirlər. Doğrudur, Azərbaycandan keçərək Rusiyanı Ermənistana bağlayan dəmir yolu Rusiyanı da İrana bağlayacaq. Amma İran bu perspektivi gözardı edə bilməz. Tehran Cənubi Qafqazdakı dəyişiklikləri qlobal nizamın bir hissəsi kimi görür. Bu baxımdan, rəsmi Tehran indi özünü Hindistan, Çin və Rusiya iqtisadi layihələrini bir-birinə bağlayan mərkəz rolunda görmək istəyir. Əlbəttə, bütün bunların həyata küçib-keçməyəcəyi, İranın öz niyyətinə nə dərəcədə nail ola biləcəyi yaxın tarixdə bəlli olacaq. Bu gün bizi düşündürən fars rejiminin illərdiri Azərbaycana qarşı münasibətinin dəyişməz qalmasıdır.
Təbii ki, İranın əhalimizə daimi ixrac etdiyi radikal-antimilli-antitürk rafizi ideologiyası bizə qarşı tətbiq etdiyi ideoloji savaşın bir hissəsidir.
Məlumat üçün qeyd edək ki, 2013-cü ildə Azərbaycan İrana bağlı din xadimlərinin kütləvi şəkildə təbliğatına qoyulan qeyri-rəsmi qadağanı yumşaltdı. Məqsəd bəzi “dini” qrupların İŞİD-ə qoşulmasını və Suriyada və İraqda vuruşmasını dayandırmaq idi. Amma, görünür, bu siyasət dövlətə təhdid istiqamətində neqativ nəticələr verir. Bu faktiki Azərbaycanın dini-ideoloji baxımdan İranın təsir dairəsinə daxil olmasıdır. Bəzi məlumatlara görə, ölkədəki 150 şiə mədrəsəsindən 22-si “İranın nəzarəti altındadır”.
Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların Aşura mərasimlərində və buna bənzər dini ayinlərdə iştirakını qadağan edən qanun layihəsi təklif etmişdi. Hətta İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi noyabr ayında Tehranda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə təklif olunan qanunu açıq şəkildə tənqid etdi: “Bu böyük fürsəti və Azərbaycandakı şiələrin möhtəşəm yas mərasimlərini yüksək qiymətləndirməliyik”.
Bir neçə il əvvəl Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirmişdi ki, ölkədə Aşura mərasimlərini siyasiləşdirən “elementlər” var. Yeri mediada isə İranın Kərbəla ziyarətinə göndərilən insanları “verbovka” etməsi barədə məqalələr də dərc olunmuşdu. Müəlliflər iddia edirdi ki, İran İslam Mühafizəkarları Korpusu və ona bağlı olan məşhur şiə cərəyanı “Haşdi Şabi” Azərbaycan dövləti əleyhinə informasiya əldə olunmasında azərbaycanlıları “verbovka” edir. Biz bu “verbovka”nın nəticələrinə Nardaranda şahid olduq. Bundan əlavə, minlərlə azərbaycanlı tələbə İranın dini seminariyalarında təhsil aldıqdan sonra bu dövlət tərəfindən istifadəyə potensial məhsuldur.
Məqalələrdə İran İslam İnqilabı Keşikçiləri Korpusu və onunla əlaqəli “Hasdi Şabi” adlı şiə milislərinin azərbaycanlıları Bakıya qarşı kəşfiyyat toplamaq və hökumət əleyhinə təbliğat aparmaq üçün işə götürdüyü də iddia edilirdi. Hansı ki, həmçin vaxt iddia edilən təbliğatın bir hissəsi, Azərbaycanda şiə mühafizəkarlığının mərkəzi olan Nardarana yönəlmişdi.
Bu gün isə İran həm narkotiklə, həm də rafizi–şiə məzhəb təbliğatıyla milli təhlükəsizliyimizi təhdid edir. Narkotik təhdidi özünü çox gizlədə bilmir. Amma ideoloji müstəviyə əsaslanan rafizi-şiə məzhəb təbiğatı beyinlərə yeridilmiş qat-qat təhlükəli təlqin, uzun zamana hesablanmış saatlı bombadır. Necə ki, Nardaran hadisələrində, Gəncə hadisələrində buna şahid olduq. Bu məsələdə boşluğa imkan vermək gənc nəsli Azərbaycana altdan-altdan düşmənçilik mövqeyi sərgiləyən (bəzən gizli, bəzən açıq şəkildə) düşmənlərə qapdırmaqdır.
İkinci tərəfdən, narkotik kimi bəlanı gənclərimizə ixrac etmək, onları narkomanlıq bataqlığına mübtəla etmək Azərbaycana qarşı gənc nəslin genosidə uğradılması istiqamətində açılmış savaşdır. Maraqlıdır ki, DİN-in müharibə elan etdiyi narkotiklərə qarşı savaşda uyuşdurucu maddələrin hazırlandığı “yeraltı müəssisələrin” aşkar edilməsi ilə müşayiət olunmur. Polis əməkdaşları uzun məsafəli narkotik idxalı, istehsalı, yayılması, satılması prosesində, yalnız “kiçik balıqlar” olan kiçik alverçiləri ələ keçirir. Amma prosesin ana xəttini narkotiklərin istehsal ocaqlarını aşkarlamaq, ifşa etmək təşkil etməlidir. Əgər DİN bu işi effektiv təşkil edə blimirsə, səbəbləri haradan qaynaqlanır? Belə bir məsəl var: “Xain içəridən olanda qapı kilid tutmaz”. Burada başarısızlığın əsas səbəbi likin mənbəni ortaya çıxara bilməməkdir. Demək, İrandan ölkəmizə narkotik ixrac edənlərə, eləcə də molla rejiminin ölkəmizdəki narkotik istehsal etdiyi iddia olunan mütəxəssisləri yüksək səviyyədə himayə olunurlar.
Əlbəttə, bu problemin həlli üçün ilk növbədə İrandan bura uzanan və gənclərimizi genetiki-fiziki məhvə sürükləyən “çirkli əllər” kəsilməlidir. Daha sonra içəridə himayə olunan qruplaşma məhv edilməlidir. Bunun ardınca siyasi-iqtisadi islahatlar aparılmalı, İran və Rusiyaya xidmət edən məmurlar ən qısa müddətdə təmizlənməlidir.
Bir daha o sualın üzərinə qayıdırıq ki, əgər sərhədlərimiz ciddi şəkildə qorunursa, İrandan narkotik maddələr ölkəmizə hansı yollarla daxil olur? Nəzərə alsaq ki, son vaxtlar ölkəmizə narkotik axını kütləvi xarakter alıb və artıq milli təhlükəsizliyimizi belə təhdid edir, deməli, ilk növbədə narkotin kimlər tərərfindən və hansı yollarla daşınmasına aydınlıq gətirilməlidir. Bu suala cavab tapmadan və narkotikin ölkəmizə daşınmasınını qarşısı alınmadan, daxildə aparılan mübarizə o qədər effekt verməyəcək. Çünki narkotik baronları üçün yeni-yeni “qurbanlar” tapmaq o qədər də çətin deyil…
Ülviyyə ŞÜKÜROVA
Şərhlər bağlıdır.