Ş.Ə.ŞİRVANİ: İRAN ŞAHINA HƏCV
(İXTİSARLA)
Nəsirəddin şahi-adil ki, səmimi-dildən,
Gəzdi Rusiyyəni, həm Rumü, Firəngistanı,
Bu xəbər çıxdı ki, nagah gəlir Şirvanə.
Hər o şəxsin ki, evi uçmuş idi zəlzələdən,
Dedi ki, şah gəlir, oldu qızıldan dirəyim.
Şüəra, həm füqəra cümləsi göz dikdi yola,
Mən də bir türki qəsidə yazıb inşa elədim.
Həqqi, zənnim budu ki, söz tanıyan kimsədi şah,
Sayeyi-qadiri-sübhan olacaqdır köməyim.
Gecədən bir neçə pas ötmüş idi,
Şəhrə şah varid olub yatdı, qutardı küləyim.
Sübh mindi karetə, sürət ilə oldu rəvan,
İltifat etmədi bir şəxsə nə arif, nə həkim,
Tutdular xəlq çörək, kəsmədi çün bir loğma,
Görüb ol surəti bildim ki, kəsildi çörəyim.
Nə mənim şerimə baxdı, o nə dərvişlərə,
Dedi: bu xəlqdən əfzəldi mənə bir qəpiyim…
Şərhlər bağlıdır.