Azərbaycan oxucusuna Maku abidələrinin Pənahi Makulunun yurd barədə qədimi abidələri tanışlıq verir. Təəssüf ki, birçox yerlərin yalnız adı qalır. Burada yerləşən tarixi abidə kompleksinin bir əyani görüntüsünə nəzər salaq. Və nəzərdən qaçırmayaq ki, belə görüntülər kifayət qədərdir. Əlaqədar qurumların məsuliyyətsizliyi ucbatından tarixi əşya qaçaqmalçıları qol-qanad açıb.
Daş divarlar, dini mərasim yerləri və qalalardan ibarət olan bir tarixi komleks burada qanunsuz qazıntılara məruz qalaraq ciddi xəsarət alıb.
Bu günə kimi bir sıra insanların inanc yeri olan və çox sayda insan tərəfindən ziyarət edilən tarixi komleksdə qanunsuz qazıntılar nəticəsində 5-10 metr dərinlikdə çuxurlar əmələ gəlib.
Mədəni İrs Təşkilatı və başqa əlaqədar qurumlar bu günə kimi abidənin qorunub saxlanılması, yenidənqurulması üçün heç bir addım atmayıb.
Abidənin qaçaqmalçıların hücumundan qorunması üçün də heç bir qurum tədbir görməyib.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.