BÜTÖV AZƏRBAYCAN DÜNYASINDA HƏMRƏYLİK GÜNÜMÜZ QEYD OLUNDU
ABDULLA ƏMİR HAŞİMİ CAVANŞİR ADF-NİN TƏBRİKLƏRİNİ ÇATDIRDI...
Dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü mübariz soydaşlarımızı bir yerə topladı. Bütöv Azərbaycan Ocaqlarının təşkilatçılığı ilə onlayn formatda tədbir Azərbaycanın və Avropanın digər dövlətlərində yaşayan həmyerlilərimizi tədbir bir araya gətirdi. Onlar xalqımızın mübarizə ənənələrindən fəxr doğuran səhifələri vərəqlədilər.
Moderator Paşa Həsənli (BAO-nun Mərkəzi Şura üzvü) çoxsaylı söz sahiblərinin iştirak etdkləri məclisdə öncə sözü Azərbaycan Demokrat Firqəsinin xarici əlaqələr üzrə sədr müavini Abdulla Əmir Haşimi Cavanşirə verdi. O, ADF-nin sədri Rəhim Hüseynzadənin təbriklərini tədbir iştirakçılarına çatdırdı. Bildirdi ki, 76 ildən yuxarı mübarizə səngərlərində olan Azərbaycan Demokrat Firqəsi bir gün də olsun belə tutduğu yoldan geri durmayıb. Yenə İranın və Cənubi Azərbaycanın aparıcı siyasi qüvvəsi kimi sonadək qələbə uğrunda mübarizə aparmaq əzmindədir.
Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin, milli fəal Məhza Mehtili, şair fizulişünas alim Zəkulla Bayramlı, Dirəniş təşkilatının sözçüsü Məcid Cavadi və BAO-nun sədr müavini, tanınmış alim Faiq Ələkbərli bu günü bütün dünya azərbaycanlılarını bir araya gətirən birləşdirici rəmz adlandırıblar.
Sonda yüzlərlə azərbaycanlının iştirakçısı olduğu tədbir yüksək əhval-ruhiyyə ilə başa çatıb.
Sizi tədbirin gedişini izləməyə dəvət edirik.
Şərhlər bağlıdır.