ARTAK QALSTYAN: QAZAXLARIN  ERMƏNİLƏRDƏN  QİSASI AMANSIZ OLACAQ

“Ermənilərin, xüsusən də KTMT-nin Qazaxıstanda heç bir işi yoxdur”-bunu  “Erməni Vətəni” partiyasının üzvü,  politoloq  Artak Qalstyan müsahibəsi zamanı deyib.

“Qazaxıstanda 26 min erməni yaşayır. Mən hesab edirəm ki, erməni əsgərlərinin Qazaxıstana göndərilməsi bizə dəhşətli sonluq vəd edir. Qazaxlar bu qisası bizdə qoymayacaq. Sülhməramlı oradan çıxan kimi qisaslarını ermənilərdən alacaqlar.

1993-cü ildə Gürcüstan böhranı zamanı Levon Ter-Petrosyan qoşun göndərmədi, Amma Paşinyan Qazaxıstandakı diasporamızı təhlükə altına atdı. Bir sözlə qazaxların qisası amansız olacaq. Hökumət üzvləri bunu nəzərə almalıdırlar. Tam səmimi deyirəm biz 44 gündə məğlub olmuşuq. Məğlub ordunun formalaşdırılması əvəzinə Qazaxıstana sülhməramlı göndərmək olduqca gülünc qərardır”– deyə Artak Qalstyan bildirib.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.