İyunun 4-də Belçikanın paytaxtı Brüsseldə Avropa Azərbaycanlıları Konqresinin (AAK) VII qurultayı keçirilib.
Azerbaycan–ruznamesi.org interpress.az-a istinadən xəbər verir ki, Qurultayda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinləri Vaqif Seyidbəyli və Elşad Əliyev, Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı, AAK-ın tərkibinə daxil olan diaspor təşkilatlarının nümayəndələri, eləcə də əməkdaşlıq əlaqələri qurulan təşkilatlardan gələn çoxsaylı qonaqlar iştirak ediblər.
Qurultayın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda canlarını qurban verən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın Avropadakı diasporunun son beş ildəki fəaliyyəti barədə sənədli filmi nümayiş etdirilib.
Sonra AAK-ın prezidenti Sahil Qasımov hesabat məruzəsi ilə çıxış edib. İdarə Heyətinin üzvləri də öz çıxışlarında rəhbərlik etdikləri təşkilatların hesabat dövrü ərzində fəaliyyəti barədə danışıblar.
Daha sonra yeni idarə heyyəti seçilərək növbəti dövr üçün fəaliyyət planlarını müəyyənləşdiriblər.
Tədbirdə Sahil Qasımov “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə Azərbaycanın Avropadakı diasporunun fəal üzvlərinə isə mükafatlar təqdim olunub.
Şərhlər bağlıdır.