QƏZVİNLİ İRAN ÇEMPİONU OLDU

KOMANDASI 5-Cİ YERİ TUTTU

İranın velosiped yarışlarında fərdi birincilikdə qəzvinli qalib gəlib. Çempionatın 3-cü turunda o birinci yeri tutaraq qızıl medal qazanıb.

Yarışlar Mərənd şəhərində keçirilib. İsfahan və Təbriz şəhərindən olan idmançılar ikinci və üçüncü yeri qazanıblar.

Bu barədə Qəzvin əyalətinin Velosiped Federasiyasının başçısı Möhsün Şeyx Süleymani məlumat verib.

O, oktyabrın 19-da yarışlarla bağlı mətbuata verdiyi açıqlamada bildirib.

“Məhəmməd Raməndi milli velosiped turunun üçüncü mərhələsində finiş xəttini birinci keçib. İlk yeri tutub və qızıl medala layiq görülüb”, – deyə o, bildirib.

Şeyx Süleymaninin sözlərinə görə fərdi yarışlarda parlaq nəticə göstərən Qəzvin komandası komanda yarışlarında ölkə üzrə 5-ci yeri tutub.

Nurlanə

Şərhlər bağlıdır.