İRANDA SEPAH NÜVƏ OBYEKTİNDƏ TƏXRİBATA YOL VERMƏDİ

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Fordo nüvə obyektində təxribatın qarşısını alıb.

Tasnim Agentliyi yaydığı məlumatda SEPAH kəşfiyyatı nüvə obyektində təxribat törətmək istəyən bir qrupu məhv etdiyini bildirib.

İranda sənaye müəssisələrində təxribat cəhdləri dəfələrlə baş verib. Sonuncu dəfə ötən ilin yayında elektrik stansiyasında törədilən təxribat nəticəsində Tehran işıqsız qalmışdı. 2021-ci ilin aprelində Natanz nüvə obyektində böyük qəza baş verib.

 Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.