TƏBRİZ ÖZƏL TİCARƏT SEKTORU ERMƏNİSTANLA TİCARƏTƏ NİYƏ ETİNASIZ YANAŞIR

Bunu Təbriz Ticarət Palatasının sədri Yunis Caeli Qafan şəhərində yerləşən İranın Ermənistandakı baş konsulu Mürtəza Abedin Vəramin ilə Təbrizdə keçirdiyi görüşdə deyib.

Sədr Ermənistanla ticarət imkanlarını yüksək qiymətləndirb. Lakin İranın ticarət sektorunda, xüsusilə Təbrizdə bu ölkə ilə ticarət imkanlarına etinasız yanaşılır: “Təəssüf ki, ticarət imkanlarının bir çoxu diqqətdən kənarda qalıb və bu ticarət əlaqələrini artırmaq üçün səylər göstərilməlidir”.

Mürtəza Abedin Vəramin İranın özəl sektorunu Ermənistan bazarına laqeyd münasibət göstərdiyi üçün tənqid edib.

Şərhlər bağlıdır.