İranda azərbaycanlıların kompakt yaşadıqları bütün bölgələrdə olduğu kimi Xalxalda da məktəb binalarının problemi uzun illərdir həllini tapmır. Hərçənd mahalda yerli xeyriyyəçilərin bir qismi qazanclarından buna vəsait sərf edirlər. Lakin problem o qədər kəskindir ki, dovlət irəli durmasa hələ onillər boyu birçox yerlər məktəb binalarına həsrət qalacaqlar.
Rza Məhəmmədi dünən mayın 5-də verdiyi açıqlamada bildirib ki, bu il Yellicə, Güllücə və Xums kəndlərində yerli xeyriyyəçinin dəstəyi ilə üç məktəbin tikintisinə başlanılıb.
Mahal Təhsil İdarəsinin başçısı Rza Məhəmmədi deyib ki, Xalxalda, xüsusilə ucqar və aztəminatlı bölgələrdə məktəb çatışmazlığının aradan qaldırılmasına vəsait ayrılmadığı üçün mahalda bir neçə məktəbin, o cümlədən “Bahünər” texnikumunun tikintisi 10 ildir yarımçıq qalıb.
Ümumiyyətlə Xalxalda 11 mindən çox məktəbli 131 məktəbdə təhsil alır. Burada həmin binalarının çoxu köhnə, yarım uçulu və istifadəyə yararsız vəziyyətdədir.
Rəsmi statistikaya görə, ölkə üzrə yararsız məktəblərin ortalama 30 faizi istifadəyə yararsızdır. Xalxalda isə mövcud olan məktəb binalarının 70 faizdən çoxu köhnədir və istifadə müddəti bitib.
Hazırda mahaldakı məktəb binalarının 17-i yeni, 20-i iyirmi il öncə tikilən, 90-dan çoxunun yaşı 40-76 il arasındadır.
Yeni məktəblərin tikintisi, köhnə məktəblərin yenidən qurulması və təmiri üçün mərkəzi hökumət vəsait ayırma niyyəti hiss olunmur.
Bir Cənublu
Şərhlər bağlıdır.