ZƏNCANDA TARIXI MAĞARA DAĞIDILIR

Zəncanın Zərənava (Dudza) mağarasında mədənçilərin qanunsuz və qaydalardan kənar işləri nəticəsində qədim abidə dağıdılır. Bu barədə İranın yerli mediası dəfələrlə xəbər yayıb.

Məlumatda gösərilir ki, onlar Zəncan əyalətinin Xudabəndə bölgəsində yerləşən və ekoloji əhəmiyyətə malik olan Zərənava mağarasında qazıntılar aparmaqdadırlar.

Qazıntı mağaraşünaslıq üzrə işçi qrupunun icazəsi və rəyi olmadan aparılır. Hazırda yeni mədən fəaliyyəti üçün mağarada qazıntılar aparır, nümunələr götürür və tarixi məkanı məhv edirlər.

Zərrinrud Şəhər Şurasının başçısı Şəhriyar Bəglu bununla bağlı İran Mağaraşünaslıq Dərnəyinin İdarə Heyətindən başçısından məsələ ilə bağlı tədbir görməsini və mağaranın dağıdılmasında rolu olan şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edib.

İran Mağaraşünaslıq Dərnəyinin İdarə Heyəti tərəfindən Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədr müavini Kiyumərs Kələntəriyə də məktub ünvanlanıb.

Məktubda adsız və qeydiyyatsız şirkətin qaydalara riayət etmədən və icazəsiz olaraq, bölgəyə ağır texniki avadanlıqlar gətirərək mağarada qazıntılar aparması qeyd olunub.

Yerli əhali bildirir ki, ekoloji əhəmiyyətli mağarada qazıntı, nümunə götürmə işləri dayandırılmayıb və mədənçilərin fəaliyyətləri davam edir.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.