Amerika Ordusunun Birləşmiş Qərargah Rəislərinin komandanı general Mark Aleksander İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin terror qruplaşmaları siyahısından çıxarılmasına qarşı çıxıb.
Azerbaycan-ruznamesi.org-un verdiyi məlumata görə bu barədə Amerika Senatının Silahlı Qüvvələr Komitəsinin üzvləri ilə görüşündə danışıb.
General SEPAH-ın terror təşkilatı olduğunu, İranın Amerika üçün əsas və dəyişilməz dörd təhlükədən biri kimi qaldığını bildirib.
Qeyd edək ki, İran hökuməti nüvə anlaşmasının canlandırılması üçün SEPAH-ın adının terror təşkilatları siyahısından çıxarılması şərtini irəli sürüb.
Ancaq bu şərt Qərb ölkələri və Amerikanın respublikaçı konqresmenləri tərəfindən kəskin etirazlarla qarşılanıb.
Şərhlər bağlıdır.